Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s.

New Posts

Better Collaboration Bringing Designers Into Review.
15 Mar, 2019
Better Collaboration Bringing Designers Into Review.
15 Mar, 2019
Better Collaboration Bringing Designers Into Review.
15 Mar, 2019

ISO 14001.2015 ƏTRAF MÜHİTİ İDARƏETMƏ SİSTEMLƏRİ

ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemi, təşkilatların fəaliyyətində ətraf mühitə vurduğu ekoloji təsirlərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və ətraf mühitə vurduğu ekoloji təsirlərin minimuma endirilməsi üçün təyin olunan bir standartdır. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO”nun 207 nömrəli Texniki Komitəsi tərəfindən hazırlanıb. Standart təşkilatların resurslardan effektiv istifadə edilməsi və tullantıların azaldılması hesabına özlərinin ətraf mühit performasını artırmasına, eyni zamanda rəqabət üstünlükləri əldə etməsinə və maraqlı tərəflərin inam və etibarını qazanmasına kömək edir.

İSO 14001 Ətraf Mühit İdarəetmə Sistemi, müəssisələr üçün fəaliyyət tərzlərini dəyişdirəcək, strateji planlarında fəallıq artımını təmin edəcək, məhsuldarlıq və rəqabət gücünü artıracaq bir idarəetmə sistemidir. Təşkilatın digər fəaliyyətləri ilə inteqrasiya olunduqda həm beynəlxalq ticarətdə keyfiyyət və ətraf mühitə həssaslıq məsələlərində təminat yaradaraq ticarət əməliyyatlarını asanlaşdırır, həm də müsbət imic yaradaraq müəssisə məhsulunun satış miqdarını artırır. Ətraf Mühit İdarəetmə standartı ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi 2015-ci ildə redaktə olunub.

ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi kimlər üçün lazımdır?

ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemini , yerli və beynəlxalq bazarda özünə nüfuzlu bir yer tutmaq istəyən başda sənaye və dövlət orqanları olmaqla, tullantıları olan bütün firmalar (Plastik inyeksiya istehsal edən, beton, tikinti, qida , tekstil, maşın, kimya, tibbi ləvazimat, xəstəxana, poliklinikalar, mətbəə, avtomobil ehtiyyat hissələri, avtoservis xidmətləri və s) məhsul və xidmət verən bütün müəssisə, təşkilat və istehsalçılar tətbiq edə bilərlər.

ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi Tətbiq Etməyin üstünlükləri

Effektiv xərclərə nəzarət üçün zəmin hazırlığı

·  Təşkilatın ətraf mühitlə bağlı risklərinin azalması

·  Çirklənmənin azalması

·  Enerjiyə qənaət edilməsi

·  Ekoloji risklərə nəzarət etməklə böyük istehsalat qəzalarının qarşısının alınması

·  Ətraf mühitə olan mənfi təsirlər üzərində müntəzəm nəzarət imkanın yaranması

·  Enerji və resurslara qənaət olunması, bununla bağlı xərclərin azalması

·  Təşkilatın fəaliyyətini qanunverici və normativ tələblərə uyğunlaşdırmaq imkanının yaranması

·  Tullantılarla bağlı xərclərin azalması

·  Resurslardan daha effektiv istifadə nəticəsində təşkilatın gəlirlərinin artması

·  Müştərilər və sifarişçilər tərəfindən təşkilata olan inam və etibarın artması

·  Xarici bazarlara giriş imkanlarının artmasə

 

ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemi standartının quruluşu

ISO 14001:2015 standartı aşağıdaki 5 əsas prensip üzərində qurulmuşdur

Ətraf Mühit siyasəti: Təşkilat ekoloji siyasətini müəyyənləşdirməli və ətraf mühit idarəetmə sistemi ilə bağlı öhdəliyini bəyan etməlidir.

Planlaşdırma: Təşkilat öz fəaliyyətinin, məhsul və xidmətlərinin ekoloji təsirlərini müəyyənləşdirməli və vacibləri təyin etməlidir. Öhdəliklərini həyata keçirmək üçün məqsəd və hədəflər qoymalı və bu məqsəd və hədəflərə çatmaq üçün həyata keçirəcəyi işləri müəyyən etməlidir.

İcra və proses: Təşkilat ətraf mühit siyasətini həyata keçirmək və məqsəd və hədəflərinə çatmaq üçün effektiv həyata keçirmək üçün zəruri bacarıq və imkanlara malik dəstək mexanizmini inkişaf etdirməlidir.

Nəzarət və Düzəldici Fəaliyyət: Təşkilat ətraf mühitin fəaliyyətini və bu fəaliyyətdəki müvəffəqiyyət dərəcəsini ölçməli, izləməli və qiymətləndirməlidir.

Nəzarət və Təkmilləşdirmə: Təşkilat ümumi ekoloji təcrübələrini və bu təcrübələrdə ümumi uğuru yaxşılaşdırmaq üçün ətraf mühitin idarəetmə sistemini nəzərdən keçirməli və daim təkmilləşdirməlidir.

ISO 14001:2015 standartının tələbləri aşağıdakılardır:

1. Sahə

2. İstinad edilmiş standartlar və / və ya sənədlər

3. Terminlər və təriflər

3.1. Təşkilat və liderlik ilə bağlı terminlər

3.2. Planlaşdırma ilə əlaqəli terminlər

3.3. Dəstək və əməliyyat şərtləri

3.4. Performansın qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə əlaqəli terminlər

4. Təşkilatın konteksti

4.1. Təşkilatı və onun məzmununu başa düşmək

4.2. Maraqlı tərəflərin ehtiyaclarını və gözləntilərini başa düşmək

4.3. Ətraf mühit idarə edilməsi sisteminin əhatə dairəsinin müəyyən edilməsi

4.4. Ətraf mühit idarəetmə sistemi

5. Rəhbərlik

5.1. Rəhbərlik və öhdəlik

5.2. Ekoloji siyasət

5.3. Korporativ vəzifələr, səlahiyyətlər və məsuliyyətlər

6. Planlaşdırma

6.1. Risk və fürsət müəyyənləşdirmə fəaliyyətləri

6.1.1. Ümumi

6.1.2. Ətraf mühit aspektləri

6.1.3. Uyğunluq öhdəlikləri

6.1.4. Fəaliyyət planlaşdırma

6.2. Ətraf mühit məqsədləri və onlara nail olmağı planlaşdırmaq

6.2.1. Ətraf mühitin məqsədləri

6.2.2. Ətraf mühit məqsədlərinə nail olmaq üçün fəaliyyətlərin planlaşdırılması

7. Dəstək

7.1. Resurslar

7.2. Yetkinlik

7.3. Maarifləndirmə

7.4. Rabitə

7.4.1. Ümumi

7.4.2. Daxili rabitə

7.4.3. Xarici rabitə

7.5. Sənədləşdirilmiş məlumat

7.5.1. Ümumi

7.5.2. Yaradılması və yenilənməsi

7.5.3. Sənədləşdirilmiş məlumata nəzarət

8. Əməliyyat

8.1. Əməliyyat planlaşdırması və nəzarəti

8.2. Təcili hazırlıq və cavab tədbirləri

9. Performansın qiymətləndirilməsi

9.1. Monitorinq, ölçmə, təhlil və qiymətləndirmə

9.1.1. Ümumi

9.1.2. Uyğunluğun qiymətləndirilməsi

9.2. Daxili audit

9.2.1. Ümumi

9.2.2. Daxili audit proqramı

9.3. İdarəetmə icmalı

10. Təkmilləşdirmə

10.1. Ümumi

10.2. Uyğunsuzluq və düzəldici fəaliyyət

10.3. davamlı inkişaf